Ramil Şeydayevi “Qarabağ”a icarəyə verən “Trabzonspor” klubu yeni futbolçu almaq niyyətindədi. Apasport.az saytı “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, “bordo-mavililər”in transfer hədəfi Tomaş Hüboçandı.
Türkiyəlilər “Marsel”in formasını geyinən müdafiəçi ilə danışıqlara başlayıblar. “Trabzonspor” rəhbərliyi bu keçidin baş tutması üçün qarşı tərəfə 2 milyon avro təklif edib.
“Marsel”in baş məşqçisi Rudi Qarsiyanın 32 yaşlı futbolçunun Superliqa klubuna transferinə razılıq verdiyi bildirilir. Qaradəniz təmsilçisinin yaxın günlərdə Hüboçanı rəsmən heyətinə qatacağı gözlənilir.
Qeyd edək ki, Slovakiya yığmasının şərəfini qoruyan Hüboçan ölkəsinin “Jilina” klubunun yetirməsidi. O, karyerası ərzində “Zenit” və “Dinamo” (Moskva) klublarında da oynayıb.