[b]“Trabzonspor”da yeni prezident[/b]
09.04.2018 - 00:16
“Trabzonspor” klubunda prezident seçkisi keçirilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Ahmet Ağaoğlu “bordo-mavililər”in yeni rəhbəri seçilib.
Klubun üzvləri arasında aparılan səsvermədə 1559 nəfərin səsi keçərli sayılıb. 1329 səs toplayan Ağaoğlu rəqibləri Mətin Kaya və Ləvənt Sekbanı xeyli qabaqlayıb. Bununla iş adamı “Trabzonspor” tarixinin 17-ci prezidenti olub.
Qeyd edək ki, “Trabzonspor”un son prezidenti Muharrem Usta olub.
0
0