Elə futbolçular var ki, ləqəbləri ilə daha məşhurdular. Apasport.az saytı xəbər verir ki, buna bir çox misal çəkmək olar.
Əfsanəvi braziliyalı Ronaldo azarkeşləri tərəfindən “yekədiş” ləqəbi ilə çox sevilirdi. Onun portuqaliyalı adaşı Kriştianu isə CR7 kimi kifayət qədər məşhurdu. Futbol tarixinin ən güclülərindən olan Peleni “qara mirvari”, Dieqo Armando Maradona isə “qızıl oğlan” kimi də çağırılır.
Təbii ki, müxtəlif ləqəb qoşulan azərbaycanlı futbolçular da var. Məsələn, əvvəllər müdafiədə keçilməzliyi ilə diqqət çəkən Elnur Allahverdiyevə “tank” ləqəbi boş yerə qoyulmamışdı. Vaxtilə “Gənclərbirliyi”də çıxış etmiş Namiq Əliyevin öz adını, bəlkə də, çox adam bilmir. Onu nəinki azarkeşlər, hətta futbol ictimaiyyəti də futbolçu illərindən bəri “Pele” kimi çağırır.
Həmçinin, keçmiş futbolçulardan İlham Məmmədova “Maradona”, Arif İsayevə isə “Messi” deyənlər də az deyildi. Hələ də karyerasını davam etdirənlərdən Ramazan Abbasov “Roma” ləqəbi ilə məşhurdusa, “Turan”ın sabiq oyunçusu və baş məşqçisi Nizami Sadıqovu “Cəfər” kimi çağıranlar da var.
Elə futbolçular da olub ki, onlara qoşulan ləqəb gülüş doğurmaya bilməz. Biz də maraqlı olacağını nəzərə alıb, həm dünya futbolunda, həm də Azərbaycanda qəribə ləqəbi olan bir neçə futbolçunun siyahısını təqdim edirik.
Xarici futbolçular:
Alessandro Del Pyero – “pinturikkio”
Kristian Rodriges – “soğan”
Milan Osterç – “Çiyələk”
Katalin Muntyanu – “əjdaha başı”
Vinçentso Montella – “təyyarə”
Stiq Toftinq – “ot biçən maşın”
Ronald Kuman – “qar dənəsi”
Roman Pavlyuçenko – “yatan div”
Rob Rensenbrink – “ilan adam”
Rıdvan Dilmen – “şeytan”
Rikardo Kuarejma – “Harri Potter”
Ole Qunnar Sulşer – “körpə üzlü qatil”
Xulio Kruz – “bağban”
Xavyer Zanetti – “traktor”
Çikarito – “kiçik göy noxud”
Yan Koller – “dino”
Cüzeppe Berqomi – “dayı”
Fitz Hall – “tək bədən”
Ferens Dik – “sərsəm”
Erik Maklind – “ağcaqanad”
Draqoye Lekoviç – “ilanbalığı”
Aleksandr Kokorin – “bibər”
Roberto Bacco – “ilahi at quyruğu”
Lionel Messi – “atom qarışqa”
Frank Riberi – “yaralı üz”
Gökhan Zan – “şüşə adam”
Dennis Berqkamp – “uçmayan holland”
Sərvət Çətin – “ayı boğan”
İlhan Mansız – “imansız”
Ariel Orteqa – “kiçik eşşək”
Riqober Sonq – “böyük şef”
Azərbaycanlılar:
Samir Musayev – “buğa”
Rövşən Əhmədov – “fış”
Rauf Mehdiyev – “meşok”
Səttar Əliyev – “ingilis”
Elçin Dərgahquliyev – “soğan”
Hüseynqulu Quliyev – “quci”
Vüqar Qurbanov – “ciyər”
Rövşən Hüseynov – “bığ”
Rəşad Sadiqov – “sehrbaz”
Elvin Əliyev – “kələş”
Fərhad Vəliyev – “yapon”
Samir Məmmədov – “dodik”
Elnur Allahverdiyev – “tank”
Zaur Tağızadə - “qızıl oğlan”
Ruslan Poladov – “06 motoru”
Ramal Hüseynov – “dirsək”
Aslan Kərimov – “qladiator”
Ramil Sayadov – “kötük”
Mahmud Qurbanov – “professor”
Əli Quliyev – “at Əli”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu