[b]“Türkiyə klubu maraqlı variantdı” - “Neftçi”nin müdafiəçisi[/b]
04.01.2018 - 10:43
[b]“Türkiyə klubu maraqlı variantdı” - “Neftçi”nin müdafiəçisi[/b]

“Transfer məsələmlə menecerim Aleksandr Pankov maraqlanır. Onun bu barədə məlumatı daha çoxdu”. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Kirill Petrov deyib.

 

Ukraynalı futbolçunun adı son vaxtlar Türkiyənin I liqa təmsilçisi “Giresunspor”la birgə hallanır.

 

“Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı oyunçu bu variantın baş tutma ehtimalını istisna etməyib: “Hazırda “Neftçi”nin futbolçusuyam və bu komandanın heyətində toplanışa qatılacam. Gələcəkdə nə olacağını görəcəyik. “Giresunspor” maraqlı variantdı. Başqa klubların sizinlə maraqlanması hər zaman gözəldi. Türkiyə Superliqası çox güclü çempionatdı. Düzdü, “Giresunspor” I liqada mübarizə aparır. Ancaq bu komandanın böyük hədəfləri var”.

 

Qeyd edək ki, Kirill Petrov bu mövsüm “Neftçi”nin heyətində 13 oyunda iştirak edib, 1 qola imza atıb.

0