[b]“Uzun illərdi bu qədər söyüş söyməmişdim. Afərin, Dəniz!”[/b]
10.04.2018 - 10:49
[b]“Uzun illərdi bu qədər söyüş söyməmişdim. Afərin, Dəniz!”[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz Türkiyədə gülüş obyekti olub. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, buna səbəb “Gənclərbirliyi”nin forvardının Superliqanın XXVIII turunda “Qalatasaray”la matçda qol şansını qaçırması olub.

 

Belə ki, dünənki görüşün 13-cü dəqiqəsində qapıçı ilə təkbətək çıxan 29 yaşlı oyunçu Fernando Musleranı aldatsa da, ayağı sürüşərək yerə yıxılıb və topu boş qapıdan keçirməyi bacarmayıb. Həmkarlarımız həmin epizoda belə şərh veriblər: “Dəniz Yılmaz bu hərəkətlə çətini bacardı”.

 

Mətbuatla yanaşı, azarkeşlər də sosial şəbəkə vasitəsilə Dənizin səriştəsizliyinə münasibət bildiriblər. Aralarında qələmə alınmayacaq dərəcədə təhqirlərə yol verənlər də var. Əksər azarkeşlər isə yığmamızın üzvünün “Qalatasaray”la danışıq apardığını və qəsdən topu qapıdan keçirmədiyini iddia edib.

 

“Gənclərbirliyi” fanatlarının bəzilərinin tvitter vasitəsilə yazdıqları fikirləri təqdim edirik:

 

- Orda Dəniz Yılmazla birlikdə “Gənclərbirliyi” də yıxıldı. Sizə yıxılmaq yaraşır.

- Fatih Terim müqavilə müddəti bitdikdən sonra Dənizi “Qalatasaray”da görmək istəyər.

- Qol vurmaq əvəzinə yıxılmağı üstün tutur.

- Demba Badan şübhələnənlər, Dəniz Yılmaza nə deyirsiniz?

- Təbriklər, Dəniz Yılmaz, necə pis futbolçu olduğunu bir daha gördük.

- Futbol üçün söyüş söyməyə dəyməz, amma Dəniz adamı buna məcbur edir.

- Dəniz Yılmaz topu boş qapıdan keçirə bilmədi, yüz faiz şübhəli məqamdı.

- Günaha girmək istəmirəm, amma, həqiqətən də, boş qapıya qarşı ayağı sürüşdü?

- Dəniz Superliqada dünya qədər pul qazanır. Həyatımda belə bacarıqsız futbolçu görmədim.

- Dəniz Yılmazın oyunundan şübhələnirəm. Vərəqə almaq üçün qəsdən rəqibi vurur, boş qapıdan topu keçirmir.

- Dəniz Yılmaza gələn hər top “Qalatasaray”ın hücumuna çevrilir.

- Beləsini məhəllə oyununa aparmaram.

- Dəniz Yılmaz “Qalatasaray” azarkeşidi, yoxsa şikəstdi?

- Uzun illərdi bu qədər söyüş söyməmişdim. Afərin, Dəniz!

 

Qeyd edək ki, Dəniz Yılmazın 61 dəqiqə meydanda qaldığı matçda “Gənclərbirliyi” “Qalatasaray” üzərində 1:0 hesablı qələbə qazanıb.