[b]“Vəhşi heyvan kimi mübarizə aparmalıyıq” – Bolqarıstan millisinin qapıçısı[/b]
12.10.2015 - 21:48
[b]“Vəhşi heyvan kimi mübarizə aparmalıyıq” – Bolqarıstan millisinin qapıçısı[/b]

“Azərbaycanla oyunu qələbə ilə başa vurub seçmə mərhələni nikbin başa vurmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan milli komandasının qapıçısı Bojidar Mitrev deyib.

 

AVRO-2016-nın seçmə mərhələsinin son turunda öz meydanında Azərbaycanı qəbul edəcək bolqarların “çərçivə qoruyucusu” Xorvatiya ilə oyunu unutmalı olduqlarını, yeri gələndə 11 nəfərlə müdafiə olunmalı olduqlarını bildirib: “Oyunu qalib bitirmək istəyirik. Bunun üçün meydanda vəhşi heyvan qədər istəkli olmalıyıq. Hədəfə çatmaq üçün komandanın bütün üzvlərinə ehtiyacımız olacaq”.

0