[b]“Verder”in müdafiəçisi Azərbaycanla oyunu xatırladı[/b]
05.09.2017 - 13:48
[b]“Verder”in müdafiəçisi Azərbaycanla oyunu xatırladı[/b]

“Matç rəqibin istədiyi kimi keçdi. Onlar ən böyük “silah”ları olan standart vəziyyətlərdən yaxşı istifadə etdilər”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Çexiya yığmasının müdafiəçisi Gebre Selassie deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan çexlər səfərdə Şimali İrlandiyaya uduzaraq (0:2), mundialın final mərhələsinə yüksəlmək şanslarını itiriblər.

 

Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli müdafiəçi komandasının hazırkı durumunu dəyərləndirib. “Verder”in üzvü olan Selassie söhbət əsnasında Azərbaycanla Ostravada keçirdikləri matçı (0:0) da xatırlayıb: “Şimali İrlandiya və Azərbaycanla ev oyunlarında xal itirdiyimiz üçün hələ də məyusuq. Seçmə mərhələdə bəxt amili də rol oynayır. Biz şanssızlıqda üzləşdik. Komandamızın böyük potensialı olsa da, bunu seçmə mərhələdə göstərə bilmədik”.

 

Qeyd edək ki, Gebre Selassie 2011-ci ildən Çexiya yığmasının şərəfini qoruyur.