[b]“Vest Bromviç” baş məşqçisi ilə yollarını ayırdı[/b]
20.11.2017 - 16:38
İngiltərə Premyer Liqasında XII turun oyunlarından sonra baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytı xəbər verir ki, “Vest Bromviç” Toni Pulislə yollarını ayırıb.
Buna XII turda doğma meydanda “Çelsi”yə 0:4 hesablı məğlubiyyət səbəb olub. Qarşılaşmadan sonra “Vest Bromviç” rəhbərliyi Pulisi istefaya göndərib.
Qeyd edək ki, ilk 12 turda cəmi 10 xal toplayan “Vest Bromviç” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
0
0