[b]“Xəyalımın gerçək olması “Qarabağ”la matçdan asılıdı”[/b]
01.08.2017 - 12:30
[b]“Xəyalımın gerçək olması “Qarabağ”la matçdan asılıdı”[/b]

“Karyeram ərzində hələ Avropa Liqasının qrup mərhələsində oynamamışam. Ancaq indi buna çox yaxınam. Bu, karyeram baxımından çox gözəl olardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in müdafiəçisi Vyaçeslav Posmak deyib.

 

Moldova millisinin üzvü komandasının Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la bu gün keçirəcəyi cavab matçını dəyərləndirib. 27 yaşlı yeni transfer ən böyük arzusunun qrup mərhələsi olduğunu vurğulayıb.

 

Posmak oyunun Tiraspolda keçirilməsini “Şerif” üçün üstünlük sayır: “Komandamın “Qarabağ” önündə uğurlu çıxışı üçün əlimdən gələni edəcəm. Çünki xəyalımın gerçək olması bu matçdan asılıdı. “Şerif”in qələbəsi üçün hər kəs kimi, mən də üzərimə düşəni yerinə yetirməyə hazıram. Evdə oynamaq hər zaman asandı. Cavab görüşünü öz meydanımızda keçirməyimiz bizim üçün üstünlükdü”.

 

Qeyd edək ki, ilk oyunda Bakıda qolsuz bərabərə qalan komandalar bu gün “Şerif” stadionunda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.