[b]“Xəzər Lənkəran” “Bakı” ilə oyuna itkilərlə hazırlaşır[/b]
14.10.2014 - 19:40
Premyer Liqanın VIII turunda doğma meydanda “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını paytaxt Bakıda davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 15:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
Saatyarım sürən çalışmalarda zədəlilər Rəşad Sadiqov və Uğur Pamuk iştirak etməyiblər.
Qeyd edək ki, klub prezidenti Mais Mənsimov hazırlıq prossesini izləyib.
12cioyuncu.info
0
0