“Neftçi” ilə oyunu başqa stadionda keçirəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Neftçi” ilə matçın yerinin dəyişdirilməsi ilə bağlı müraciət etdikləri paytaxt təmsilçisinin verdiyi cavaba münasibət bildirib.
O bildirib ki, “ağ-qaralar”ın “Xəzər Lənkəran”ın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda meydan sahibi kimi oynaması təklifi ilə razılaşmırlar: “Biz qarşı tərəfin bu təklifi ilə razılaşmırıq və özümüz üçün stadion axtarırıq. Hələ matçın harada keçiriləcəyi dəqiqləşməyib. Amma axtarışlarımız davam edir və yəqin ki, yaxın günlərdə hansı arenada üz-üzə gələcəyimiz bəlli olacaq”.
Qeyd edək ki, cənublular “Xəzər Lənkəran” stadionunun ot örtüyünün yenilənməsinə görə “Neftçi”yə oyunun Bakıda keçirilməsi və meydan sahibi kimi paytaxt klubunun çıxış etməsini istəmişdi. Lakin, “ağ-qaralar” matçın onların stadionunda keçirilməsi ilə razılaşsa da, “Xəzər Lənkəran”a meydan sahibi olması şərtini qoymuşdu.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı