[b]“Xəzər Lənkəran” “Ovyedo”dan pul tələb edir [/b]
11.03.2016 - 12:19
[b]“Xəzər Lənkəran” “Ovyedo”dan pul tələb edir [/b]

“Biz istəyirik ki, Elnur Cəfərov İspaniyada, ümumiyyətlə, Avropada oynasın. Bu, Azərbaycan futbolunun xeyrinə olar”.  Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyğun Nadirov deyib.

 

Klub rəsmisi Elnur Cəfərovun İspaniyanın “Ovyedo” klubuna keçidinin düyünə düşməsinə aydınlıq gətirib. O bildirib ki, komandanın yetirməsinin Sequnda təmsilçisinin formasını geyinməsi üçün formal məbləğ istənilib: “Doğrudu, bizim maliyyə cəhətdən problemlərimiz var. Amma bunu əsas tutaraq, “Ovyedo”dan yüksək məbləğ tələb etməmişik. Formal bir məbləğ deyilib. Bundan başqa, Avropada Premyer Liqada 5 və ya artıq oyun keçirmək kimi müəyyən şərtlər də var. Ancaq biz çalışırıq ki, bu şərtlər Elnurun keçidində problem yaratmasın”.