[b]“Xəzər Lənkəran” Alfred Sankonu itirdi[/b]
09.09.2014 - 15:27
[b]“Xəzər Lənkəran” Alfred Sankonu itirdi[/b]

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının  V turunun “Neftçi” ilə oyunu öncəsi itkiylə üzləşib. Apasport.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən olan Alfred Sanko Syerre-Leone yığmasının heyətində zədələnib.

 

Belə ki, sentyabrın 6-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot-d’İvuar millisinə qarşı matçda start heyətdə meydana çıxan futbolçu oyunu yarımçıq dayandırıb. O, zədə səbəbindən meydanı tərk edib.  

 

Sanko Syerre-Leone yığmasının Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sabah Konqo millisinə qarşı keçirəcəyi oyunda da forma geyə bilməyəcək. Məhz bu oyundan sonra Azərbaycana dönəcək afrikalı yarımmüdafiəçinin müalicəsi çox güman ki, klubunun heyətində davam etdiriləcək.