“Xəzər Lənkəran” baxışda olan futbolçularla bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” heyətini gücləndirmək üçün həmin oyunçuların çoxunu komandada saxlamağı məqsədəuyğun bilib.
Bu barədə məlumatı əməkdaşımızla söhbətində cənub təmsilçisinin baş məşqçisi Elbrus Məmmədov verib: “Hazırda bir neçə futbolçunu sınayırıq. Onlar arasında Nodar Məmmədov, Mirzağa Hüseynpur, Orxan Səfiyaroğlu kimi Premyer Liqa təcrübəsi olan oyunçular da var. Adıçəkilən futbolçularla çox güman ki, müqavilə imzalayacağıq. Həmçinin baxışda olan daha iki hücumçunu da komandada saxlamağı düşünürük”.
Baş məşqçi bununla da kifayətlənmək fikrində olmadıqlarını deyib: “Gənclər yığmamızın bir neçə oyunçusunu da heyətə cəlb etməyi düşünürük. Onlarla danışığımız olub. Antalya toplanışından qayıtmalarını gözləyirik. Ayın sonlarında konkret bilinəcək. Həmçinin Rasim Ramaldanov və Tural Cəlilovdan da cavab gözləyirik. Razılıq versələr, onlar da komandaya qayıdacaqlar”.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu