[b]“Xəzər Lənkəran” bir əskiklə hazırlaşır[/b]
26.10.2015 - 22:13
[b]“Xəzər Lənkəran” bir əskiklə hazırlaşır[/b]

Oktyabrın 28-də “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bir günlük istirahətin ardından hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə cənublular oktyabrın 26-da bir araya gələrək saat 17:00-da stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb.

 

Hazırlıq prossesində Rasim Ramaldanovdan başqa bütün futbolçular iştirak ediblər. Təcrübəli müdafiəçi zədəsini sağaltmaq üçün müalicə alır.

 

Qeyd edək ki, komanda növbəti məşqini oktyabrın 27-də keçirdikdən sonra istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək. (12cioyuncu.info)