[b]“Xəzər Lənkəran” Türkiyədə 5 yoxlama görüşü keçirəcək[/b]
05.06.2015 - 23:02
[b]“Xəzər Lənkəran” Türkiyədə 5 yoxlama görüşü keçirəcək[/b]

Baş məşqçi postuna Yunis Hüseynovu gətirən “Xəzər Lənkəran”ın yay təlim-məşq toplanışının vaxtı və keçiriləcək oyunların sayı məlum olub. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu ayın sonlarında toplaşıb Türkiyəyə yollanacaqlar.

 

Nevşehirə yollanacaq komanda bu bölgəyə daxil olan Kapadokyada hazırlıq keçəcək. İyulun 25-dək orda qalmağı planlaşdıran Yunis Hüseynov yoxlama görüşlərində də yetirmələrini sınayacaq. “Xəzər Lənkəran”ın Nevşehirdə 5 yoxlama matçı keçirəcəyi də artıq dəqiqləşib. Lakin oyunların tarixi və sparrinq rəqiblər hələlik məlum deyil. Bununla bağlı təşkilatçı şirkətlə danışıqlar davam edir.

 

Bundan əlavə, Türkiyədə olduğu müddətdə “Xəzər Lənkəran”a bir neçə əcnəbi futbolçunun, xüsusən də, braziliyalıların baxışa gəlməsi gözlənilir.