Təlim-məşq toplanışını doğma şəhərdə keçən “Xəzər Lənkəran” hazırlığının ikinci günündə iki dəfə məşq edib. Apasport.az saytının məlumatına görə, yanvarın 9-da əvvəlcə səhər saat 10:30-da futbolçulardan normativlər götürülüb.
Ardıyca baza-oteldə az müddətli istirahətə çəkilən komanda saat 16:00-da stadionun ehtiyat meydançasında toplu çalışmalardan ibarət məşqə başlayıb.
Heyətdə hələlik Akif Tağıyev və Hacı Əhmədov olmaqla iki yeni futbolçu var. Yanvarın 13-də toplantı Bakıda davam etdirələrkən Tural Cəlilov da komandaya qoşulacaq.
Rasim Ramaldanovun isə geri dönüb-dönməyəcəyinə yanvarın 10-da tam aydınlıq gələcək.
(12cioyuncu.info)
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb