[b]“Xəzər Lənkəran”a istirahət verilib[/b]
14.02.2016 - 15:41
[b]“Xəzər Lənkəran”a istirahət verilib[/b]

Ötən gün Topaz Premyer Liqasının 21-ci turunda səfərdə əzəli rəqibi "Neftçi"yə minimal hesabla məğlub olan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" bu gün və sabah istirahət edəcək. 


Fevralın 16-da doğma şəhərdə yenidən bir araya gələcək komanda qarşıdakı günlər ərzində Lənkərandakı bazasında hazırlaşacaq. Fevralın 20-də isə cənublular oyunöncəsi son məşqini keçirəcəklər.


Qeyd edək ki, “Xəzər Lənkəran”  növbəti tur fevralın 21-də doğma eydanda “Zirə”ni qəbul edəcək.


(12cioyuncu.info)