Topaz Premyer Liqasının V turunda “Xəzər Lənkəran”ı qəbul edəcək “Neftçi” ciddi itki ilə üzləşib. Apasport.az xəbər verir ki, komandanın kamerunlu hücumçusu Ernest Nforun “ağ-yaşıllar”la oyunu buraxacağı dəqiqləşib.
Belə ki, zədəli olan forvard hazırda Belçikada müalicə alır. Onun nə vaxt heyətə dönəcəyi isə dəqiq bilinmir.
Məlumatı saytımıza “Neftçi”nin prezidentinin müşaviri Elnur Əşrəfoğlu da təsdiqləyib.
Qeyd edək ki, son “Böyük oyun”da qarşılaşmanın taleyini həll edən qolu məhz Ernest Nfor vurmuşdu. Ötən mövsüm baş tutan həmin oyunda “ağ-qaralar” doğma meydanda əzəli rəqibi 1:0 hesabı ilə məğlub etmişdi.