[b]“Xəzər Lənkəran”ın daha 2 futbolçusunun taleyi bəlli oldu[/b]
30.12.2014 - 17:39
[b]“Xəzər Lənkəran”ın daha 2 futbolçusunun taleyi bəlli oldu[/b]

“Xəzər Lənkəran”ın daha 2 futbolçusunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Rasim Ramaldanov və Tural Cəlilov da cənub klubunda qalacaq.

 

Klubla müqaviləsi olan hər iki futbolçu karyerasını burada davam etdirməyə qərar verib. Onlar ən azı mövsümün sonuna qədər “ağ-yaşıllar”ın formasını geyinəcəklər.

 

Bundan öncə Vyakeslov Tomiç, Sadio Tounkara, Alfred Sanko, Rahid Əmirquliyev və Ağabala Ramazanovun da “Xəzər Lənkəran”da qalacağı dəqiqləşmişdi.

0