[b]“Xəzər Lənkəran”ın futbolçusu əməliyyat oluna bilər[/b]
29.04.2015 - 17:48
[b]“Xəzər Lənkəran”ın futbolçusu əməliyyat oluna bilər[/b]

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” paytaxta ciddi itkilərlə səfər edəcək. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” qarşıdakı oyunda 3 futbolçunun xidmətindən məhrum olacaq.

 

Ötən turda qırmızı vərəqə alan Elvin Mirzəyev və sarı vərəqə limiti dolan Rasim Ramaldanovla yanaşı, zədəli İlyas Səfərzadə də “Bakı” ilə görüşü buraxacaq. Sonuncu artıq həkim nəzarəti altındadı. “Qəbələ” ilə matçda ciddi zədə alan 19 yaşlı yarımmüdafiəçinin müalicəsi effekt verməsə, o zaman Səfərzadə cərrahiyyə əməliyyatı keçirməli olacaq.

 

Uzun müddətdi zədədən əziyyət çəkən və ölkəsi Xorvatiyada müalicə olunan qapıçı Vyekoslav Tomiç də artıq Lənkərandadı. Hazırda fərdi məşqlərlə kifayətlənən Tomiçin “Bakı” ilə oyunda iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” qarşılaşması mayın 2-də keçiriləcək.