[b]“Xəzər Lənkəran”ın futbolçusu Türkiyə klubuna keçdi[/b]
29.06.2015 - 16:58
[b]“Xəzər Lənkəran”ın futbolçusu Türkiyə klubuna keçdi[/b]

Ötən mövsümü “Xəzər Lənkəran”da keçirən 4 əcnəbidən biri olan Alfred Sanko klubla yollarını ayırıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, syerra-leoneli futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

 

Gələn mövsüm Superliqaya vəsiqə qazanmağı hədəfləyən Türkiyə I liqa təmsilçisi “Balıkesirspor” bir neçə transfer həyata keçirib ki, onlardan biri də məhz Sankodu. Klub prezidenti Tuna Aktürk bununla bağlı açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin transferini təsdiqləyib: “Sanko artıq Balıkesirdədi. O, tibbi müayinədən keçdikdən sonra klubumuzla rəsmi müqaviləyə qol çəkəcək”.

 

Qeyd edək ki, klub prezidenti Alfred Sanko ilə yanaşı, Kvame Karikari, Raqıp Başdağ, Hüseyn Tok, Lalavele, Yiyitcan Ərdoğan və Ərən Özən kimi oyunçularla anlaşdıqlarını da açıqlayıb.