[b]“Xəzər Lənkəran”ın legioneri mövsümü erkən bitirdi[/b]
03.05.2015 - 15:36
[b]“Xəzər Lənkəran”ın legioneri mövsümü erkən bitirdi[/b]

Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində “Bakı”nın qonağı olan “Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara zədələnib. Apasport.az saytının 12cioyuncu.info-ya istinadən verdiyi məlumatına görə, oyunun ikinci yarısında zədələnərək qarşılaşmanı yarıda buraxan malili oyunçunun son vəziyyəti bəlli olub.

 

Tibbi müayinədən keçən yarımmüdafiəçinin 4 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.