“Xəzər Lənkəran”ın maraq dairəsində olan “Samsunspor”un nigeriyalı hücumçusu Aminu Umarın rəqibləri ortaya çıxıb. Apasport.az saytının məlumatına görə, afrikalı gənc oyunçunu Superliqa klubları heyətində görmək istəyir.
Bunlar “Balıkəsirspor”, “Kasımpaşa” və “Bursaspor”dur. Artıq “Samsunspor” Superliqanın debütantı olan “Balıkəsirspor”un təklifini geri çevirib.
Şota Arveladzenin çalışdırdığı “Kasımpaşa” isə heyətini gəncləşdirmək üçün 19 yaşlı hücumçunu sıralarına qatmaq üçün “Samsunspor”un qapısını döyməyə hazırlaşır. “Samsunspor”un transfer işləri ilə bilavasitə məşğul olan prezidenti Emin Karın futbolçu üçün “2 milyon avro gətirən alar” deməsinə baxmayaraq, “Kasımpaşa” 750 min avro ilə oyunçunu heyətinə qatacağını düşünür. Çünki İstanbul klubu “Samsunda yaşamaq istəmirəm” deyən oyunçunu razı salacağı qənaətindədir. Ancaq bu transferin baş tutmasına əngəl futbolçunun türkiyəli meneceridir. Belə ki, o, müştərisini daha böyük klublara satmaq niyyəti güdür.
“Bursaspor” isə artıq “Samsunspor”a rəsmi təkliflə müraciət edib. Son xəbərlərə görə, Umar “yaşıl-bəyaz” komanda ilə hərtərəfli şəkildə anlaşıb. Dünən axşam “Samsunspor”dakı seçimlərdən sonra klubdakı vəzifələrin bölgüsü həyata keçirilib və bu transferin həftəsonuna kimi reallaşması istənilib.
[b]“Xəzər Lənkəran”ın rəqibləri Superliqa klublarıdır[/b]
20.06.2014 - 17:31
0
0