[b]“Yagelloniya” və “Astra” da o siyahıya düşdü[/b]
13.07.2017 - 21:31
[b]“Yagelloniya” və “Astra” da o siyahıya düşdü[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin bu gün keçirilən ilk oyunlarında “Qəbələ” “Yagelloniya”, “Zirə” “Astra” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, hər iki rəqib ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gəlir.

 

Avrokuboklarda 1994-cü ildə debüt edən Azərbaycan komandaları bu günədək 122 müxtəlif rəqiblə görüşmüşdü. Oyunu daha tez başlayan “Yagelloniya” 123-cü rəqibimiz olub. Polşa təmsilçisi ilə “Qəbələ”nin oyunu saat 21:00-da başlayıb.

 

Rumıniyadakı matç isə yarım saat gec başlayıb. Bu səbəbdən “Zirə”nin rəqibi təmsilçilərimizlə qarşılaşan 124-cü komandadı.

 

Qeyd edək ki, cari mövsümədək 119 klubla qarşılaşmışdıq. Bugünkü oyunlaradək “Mladost”, “Differdanj” və “Fola” da bu siyahıya daxil olub.