“Çətin qrupdu. İngiltərə və Fransa favoritdi. Fikrimcə, bizim də qrupdan çıxmaq şansımız var. Bunun üçün böyük iş görməliyik”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Danimarka yığmasının köməkçi məşqçisi Nils Lavets deyib.
Bu gün ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Mikaelsen komandasının turnirə hazır olduğunu söyləyib: “Bəxt də yanımızda olmalıdı. Komanda işini birlikdə görməliyik. Turnirlə bağlı hədəfə gəincə, hələlik yalnız Fransa ilə ilk oyunu düşünürəm. Həmin matçı keçirdikdən sonra nəsə demək olar. Bakının ancaq otelini və məşq meydançalarını görmüşük. Bura qədər hər şey əladı”.
Qeyd edək ki, Fransa, İngiltərə və İsveçlə birlikdə C qrupunda yer alan danimarkalılar ilk görüşlərini sabah Fransaya qarşı keçirəcəklər.