[b]“Yeni məşqçinin üstünə qışqıra biləcəm” – Arsen Venger[/b]
08.05.2018 - 11:43
[b]“Yeni məşqçinin üstünə qışqıra biləcəm” – Arsen Venger[/b]

Mövsümün axırında komandadan ayrılacağını açıqlayan “Arsenal”ın baş məşqçisi Arsen Venger doğma “Emireyts” stadionunda sonuncu matçına çıxıb. Apasport.az saytının məlumatına görə, fransız mütəxəssis “Börnli” ilə matçdan (5:0) sonra fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb:

 

“Yenidən Şimal tribunasında azarkeş kimi otura biləcəm. Bunun müsbət tərəfi nədi, bilirsiz? İndi tribunadan yeni məşqçinin üzərinə qışqıra biləcəm”.

 

Venger böyük klublarda çalışan məşqçilərin qələbə qazanmaqla yanaşı, gözəl oyuna üstünlük verməli olduqlarını vurğulayıb.

 

“Həmişə gözəl oynayaraq, qələbə qazanmaq istəmişəm. Məncə, böyük klubda çalışırsansa, azarkeşlərə xüsusi hisslər yaşatmaq kimi bir öhdəliyin olmalıdı” – deyə, 68 yaşlı çalışdırıcı bildirib.

 

Arsen Venger 1996-cı ildən bəri “Arsenal”ı çalışdırırdı.