[b]“Yuventus” – “Real” oyununun hakimi bəlli oldu[/b]
03.05.2015 - 16:04
UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununun hakimləri açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Yuventus” – “Real” oyununu Martin Atkinsonun rəhbərliyi altında ingilis hakimlər briqadası idarə edəcək.
May ayının 5-i Turində oynanacaq yarım final ilk qarşılaşmasına qədər Atkinsonun briqadası 6 Çempionlar Liqası matçında əsas söz sahibi olublar.
O cümlədən, “Yuventus”un öz meydanında “Olimpiakos”u (3:2) və “Real Madrid”in səfərdə “Şalke”ni (2:0) yendiyi oyunları da Atkinson idarə edib.
0
0