[b]“Yuventus” Kyellini və Bardzali ilə nikah təzələyir[/b]
31.05.2018 - 14:20
[b]“Yuventus” Kyellini və Bardzali ilə nikah təzələyir[/b]

“Yuventus” müdafiə xəttinin önəmli simalarını komandada saxlamaqda qərarlıdı. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, “qoca sinyora” Andrea Bardzali və Corco Kyellini ilə müqavilə müddətini uzadır.

 

Bardzaliyə 1 illik müqavilə təklif olunub. Kyellininin isə yaxın günlərdə “Yuventus”la 2 il müddətinə nəzərdə tutulmuş sazişə imza atacağı gözlənilir. Bununla da, 33 yaşlı futbolçunun Turin klubunda 14 və 15-ci mövsümlərini keçirəcəyi dəqiqləşəcək.

 

Qeyd edək ki, Bardzali geridə qalan mövsümdə İtaliya A Seriyasında 25, Kyellini isə 26 matçda forma şansı qazanıb.