[b]“Yuventus”dan “Arsenal”a keçə bilər[/b] - FOTO
15.09.2017 - 13:16
[b]“Yuventus”dan “Arsenal”a keçə bilər[/b] - FOTO

“Yuventus”un futbolçusu Xuan Kuadrado karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” kolumbiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdı.

 

London klubunun rəhbərliyi bu keçidi qışda rəsmiləşdirmək niyyətindədi. Tərəflər arasındakı danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.

 

Karyerası ərzində “Udineze”, “Fiorentina” və “Çelsi” kimi klublarda da oynamış Kuadrado 2015-ci ildən “Yuventus”un formasını geyinir. O, “qoca sinyora”nın heyətində 88 matçda 9 qola imza atıb.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2010-cu ildən Kolumbiya yığmasının da şərəfini qoruyur.

 

 

0