“Yuventus”un müdafiəçisi Ştefan Lixtştayneri transfer etmək istəyən “Beşiktaş”ın arzusu həyata keçməyib. Apasport.az saytı “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, isveçrəli futbolçu “qara qartal”ın təklifinə “yox” deyib.
33 yaşlı oyunçu karyerasını Türkiyədə davam etdirmək istəməyib. “Yuventus”la gələn ilin yayına qədər müqaviləsi olan Lixtştayner “qoca sinyora”da qalmağı üstün tutub.
Qeyd edək ki, karyerası ərzində “Qrasshopper”, “Lill” və “Latsio” klublarında da oynamış Stefan Lixtştayner 2011-ci ildən “Yuventus”un formasını geyinir. O, turinlilərin heyətində A seriyasında 176 matçda 12 qola imza atıb.