[b]“Zarya”nın baş məşqçisi “Qəbələ”ni nümunə göstərdi[/b]
19.12.2017 - 17:18
[b]“Zarya”nın baş məşqçisi “Qəbələ”ni nümunə göstərdi[/b]

“Hər bir mütəxəssis yüksək imkanları olan yerdə çalışmaq istəyər. Bunu əminliklə deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bunu “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub deyib.

 

“Qəbələ”nin futbolçusu Vitali Vernidubun atası olan 51 yaşlı mütəxəssis Ukrayna mətbuatına geniş müsahibəsində başqa ölkədə çalışmaq perspektivinə toxunub.

 

“Qəbələ”ni bu mənada nümunə göstərən Vernidub Azərbaycan və Qazaxıstan kimi ölkələrin güclü klublarında çalışmağı normal hesab edir: “Əlbəttə ki, normal çempionatda çalışmaq istərdim. Məsələn, Roman Qriqorçuk kimi, sizə də başqa çempionatın liderlər qrupunda qərarlaşan komandasını tapşırırlarsa, niyə də cəhd etməyəsən? Onlar daim daxili birincilikdə 2-3-cü yerləri tutur, müntəzəm olaraq Avropa Liqasının qrup mərhələsində iştirak edir. Özü də Avroliqada mübarizəyə I təsnifat mərhələsindən başlayırlar. Azərbaycanda “Qarabağ” və “Qəbələ” kimi komandalar çıxış edir, necə ki, Qazaxıstanda “Kayrat” və “Astana” var”.

 

Qeyd edək ki, Yuri Vernidub 2011-ci ildən “Zarya”nı çalışdırır.