[b]Rusiyalılar Şeydayevə görə FİFA-ya şikayət etdi[/b]
07.04.2018 - 16:34
Rusiyanın “Zenit” klubu Türkiyə “Trabzonspor”undan FİFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, bunun səbəbkarı Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Ramil Şeydayevdi.
Məsələ ondadı ki, Trabzon təmsilçisi 2016-cı ildəki transferə görə qalan borcunu hələ də ödəməyib. Rusiyalıların 169 min avronu ödəmədiyini görən şimallılar FİFA-ya şikayət etməyi lazım bilib.
Qeyd edək ki, Şeydayev Azərbaycan millisində keçirdiyi 11 oyunda 1 qol vurub.
0
0