[b]“Zirə” – puç olan “gümüş” arzusu[/b]
29.04.2018 - 15:09
[b]“Zirə” – puç olan “gümüş” arzusu[/b]

Topaz Premyer Liqasının XXV turunda “Qarabağ”a (1:2) məğlub olan “Zirə”nin daha bir medal şansı qalmayıb. Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun komandası üçün ikinci pillə də əlçatmaz olub.

 

Buna səbəb “Zirə”nin məğlubiyyəti ilə yanaşı, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Qəbələ”nin turu itkisiz başa vurmasıdı. Belə ki, “qırmızı-qaralar” “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanmaqla 5-ci sıradakı “Zirə” ilə aradakı xal fərqini 10-a yüksəldib.

 

Finişə 3 tur qaldığından, 35 xallı bakılıların “Qəbələ”yə çatmaq şansı qalmayıb. Yəni Abbasovun yetirmələrinin gümüş medal ümidi artıq puç olub.