Azərbaycan Premyer Liqası konsertlə start götürəcək. Apasport.az saytının məlumatına görə, şənlik Zirədə baş tutacaq.
Belə ki, “çal-çağır” bu ildən etibarən elitada çıxış edəcək qəsəbənin eyni adlı komandasının ilk turdakı AZAL matçından öncə reallaşacaq.
Konsert Zirə İdman Kompleksində baş tutacaq. Saat 20:00-da start götürəcək tədbir paytaxt təmsilçisinin yaradılmasının 1 illiyi ilə əlaqədardı.
Ardınca isə saat 21:00-da "qartallar" Azərbaycan Premyer Liqasında ilk matçlarına çıxacaq.
Qeyd edək ki, zirəlilər ötən mövsüm Azərbaycan 1-ci divizionunda 5-ci yerə çıxsa da, AFFA bu komandanın Premyer Liqaya yolunu açıb.