[b]“Zirə” “Keşlə” ilə yoxlama oyunu keçirəcək[/b]
20.12.2017 - 16:15
“Zirə”nin qış təlim-məşq toplanışında ilk yoxlama oyunundakı rəqibi bəlli olub. Klubdan apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi yanvarın 19-da "Keşlə” ilə qarşılaşacaq.
Oyunun keçirilmə yeri və saatı hələ dəqiqləşməyib. Bundan sonra 1 günlük istirahətə buraxılacaq komanda yanvarın 21-də Türkiyəyə yola düşəcək.
“Zirə” Antalyada daha 3 yoxlama oyunu keçirəcək.
0
0