[b]“Zirə” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı[/b]
21.12.2017 - 16:07
[b]“Zirə” “Qarabağ”ın futbolçusunu heyətinə qatdı[/b]

Qış fasiləsinə turnir cədvəlinin 3-cü pilləsində yollanan “Zirə” dövrələrarası fasilənin ilk transferini reallaşdırıb. Bu barədə apasport.az saytına paytaxt klubunun baş məşqçisi Ayxan Abbasov məlumat verib.

 

Abbasov bildirib ki, “Qarabağ”ın əvəzedici heyətinin yarımmüdafiəçisi İbrahim Aslanlı mövsümün ikinci yarısından etibarən onun sərəncamında olacaq. Bu transferdə Aslanlının 1996-cı il təvəllüdlü olması və limitə uyğun gəlməsi böyük rol oynayıb.

 

Gənc çalışdırıcı “Qarabağ”ın digər üzvü Elşən Abdullayevi isə mövsümün sonuna qədər icarəyə götürməyə çox yaxın olduqlarını söyləyib. “Sumqayıt”la ilkin razılıq əldə edən Nicat Qurbanovun keçidinin yubanması da məhz bundan qaynaqlanır. Belə ki, “Zirə” Abdullayev məsələsində hər hansı bir problem yaşamasa, Qurbanovun “Sumqayıt”a keçidinə əngəl olmayacaq.

 

Ayxan Abbasov həmçinin əcnəbi futbolçu axtarışını davam etdiklərini də əlavə edib: “Menecerlər bir neçə oyunçunu təklif ediblər. Onların son durumlarını nəzərdən keçiririk. Həmin futbolçular arasında mövsümün əvvəlində təklif olunanlar da var”.