[b]“Zirə” “Qəbələ”ni məğlub etdi[/b]
11.11.2017 - 17:52
[b]“Zirə” “Qəbələ”ni məğlub etdi[/b]

Milli komandaların oyunları ilə əlaqədar ölkə çempionatında yaranan fasilədən istifadə edən “Qəbələ” ilə “Zirə” yoxlama görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlmatına görə, qarşılaşma “Bakı”nın bazasında baş tutub.

 

Oyunda cəmi 1 qol qeydə alınıb. Belə ki, Riçard Qadzenin ikinci hissədə vurduğu qol “Zirə”yə 1:0 hesablı qələbə qazandırıb.

 

Qeyd edək ki, Premyer Liqada 11 turdan sonra “Zirə” 24 xalla ikinci, “Qəbələ” isə 22 xalla üçüncü pillədə qərarlaşıb.

0