[b]“Zirə” baş məşqçi problemini həll etdi [/b]
30.05.2018 - 11:15
[b]“Zirə” baş məşqçi problemini həll etdi [/b]

“Zirə”nin baş məşqçi məsələsinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yoluna Ayxan Abbasovla davam etməyi qərara alıb.

 

Komanda geridə qalan mövsümün ikinci yarısını uğursuz keçirərək Avropa Liqasından kənarda qalmasına baxmayaraq, rəhbərlik 37 yaşlı mütəxəssisi saxlamağı məqsədəuyğun bilib. Rəhbərliklə görüşən Abbasov yeni 1 illik müqavilə təklifinə razılıq verib. Yaxın günlərdə tərəflər arasında münasibətlər rəsmiləşdiriləcək.

 

Qeyd edək ki, “Zirə” Topaz Premyer Liqasında 2017-18 mövsümünü 4-cü pillədə başa vurub.