[b]“Zirə” darmadağına sevindi[/b]
29.07.2017 - 22:38
“Zirə” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qartallar” Zirə İdman Kompleksinin stadionunda “Şüvəlan”la üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısında komanda rəqib qapısından bir top keçirib. Orxan Əliyev cərimə zərbəsini dəqiq yerinə yetirib – 1-0.
Fasilədən sonra qəsəbə təmsilçisi daha üç dəfə rəqib qapısına yol tapıb. Təmkin Xəlilzadənin ardıcıl iki gözəl hərəkətini Orxan dəqiq tamamlayaraq, het-trikə imza atıb.
Oyunda son nöqtəni isə Vüsal İsgəndərli qoyub. “Zirə” yoxlama oyununda 4-0 hesablı qələbə qazanıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0