[b]“Zirə” rekordçusuz qaldı[/b]
30.05.2018 - 16:49
[b]“Zirə” rekordçusuz qaldı[/b]

“Zirə”nin bu gün yollarını ayırdığı futbolçuların komandadakı statistik göstəriciləri məlumdu. Apasport.az saytının xəbərinə görə, paytaxt klubunu tərk edən Viktor İqbekoyi komandadan rekordçu kimi gedir.

 

Belə ki, nigeriyalı futbolçu “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçudu. 81 dəfə meydana çıxan afrikalı komandasını rekordçusuz qoyub. O, 3 mövsüm Premyer Liqada şərəfini qoruduğu klubda 5 qol vurub. Yovan Krneta Bakı təmsilçisində 72 oyunda 6 qol vurubsa, Milan Duriç 47 matçda 8 dəfə fərqlənib.

 

Bu “üçlük”dən fərqli Yani Urdinov, Comal Evans Uilyams və Elşən Abdullayev yalnız cari mövsümün ikinci yarısında “Zirə”nin formasını geyinib. Urdinovla Uilyams 12, Abdullayev 9 çempionat matçına çıxıb. Sonuncuların ikisi hərəyə 1 qola sevinib.

 

Yeri gəlmişkən, İqbekoyi və Krneta da son mövsümdə cəmi 1 qola sevinib. Viktor 25, Yovan 19 görüşdə meydana çıxıb. Milan isə 22 qarşılaşmada 5 qol vurduğu mövsümün ardından klubu tərk edir.