[b]“Zirə”də 3 qayıdış[/b]
04.04.2016 - 14:44
[b]“Zirə”də 3 qayıdış[/b]

Topaz Premyer Liqasının XXVIII turunda “Sumqayıt”a qalib gələn (1:0) “Zirə” heyətlə bağlı problemlərini həll etməkdədi. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin 3 futbolçusu növbəti turda “Rəvan”la keçiriləcək qarşılaşmaya qədər sıraya dönəcək.

 

Belə ki, “Sumqayıt”la oyunu yüksək hərarəti olduğu üçün buraxan Vüqar Mustafayev komandasının çərşənbə günündəki məşqinə qoşula biləcək. Daha 2 futbolçu isə zədəsini sağaldaraq, sıraya dönməyə hazırlaşır.

 

Söhbət nigeriyalı müdafiəçi Çimezi Mbah və braziliyalı yarımmüdafiəçi Dieqo Souzadan gedir. Mbah dünənki matçda forma geyinməsə də, özünü yaxşı hiss edir. 24 yaşlı futbolçu “Rəvan”la qarşılaşmada komandasına kömək edə biləcək.

 

Uzun müddətdi sıradan çıxan Dieqo Souzanın da vəziyyəti müsbətə doğru dəyişib. Həkimlər “sambaçı”nın kollektivlə birgə məşqə başlamasına icazə veriblər.

 

Sabah dincələcək “Zirə” 1 günlük istirahətdən sonra məşqləri bərpa edəcək.

 

Qeyd edək ki, “Rəvan” – “Zirə” qarşılaşması aprelin 10-da keçiriləcək.

 

0