[b]“Zirə”də 7-ci yeni müqavilə[/b]
06.07.2016 - 10:31
[b]“Zirə”də 7-ci yeni müqavilə[/b]

Dünən yoxlama görüşündə “Qarabağ”la üz-üzə gələn “Zirə” (0:4) transfer çalışmalarını da davam etdirir. Apasport.az saytı xəbər verir ki, daha bir futbolçunun paytaxt klubuna qayıdacağı müəyyənləşib.

 

Belə ki, serbiyalı müdafiəçi Yovan Krnetanın karyerasını məhz “Zirə”də davam etdirəcəyi dəqiqləşib. Bunu “Qarabağ”la oyundan öncə jurnalistlərə açıqlamasında baş məşqçi Adil Şükürov deyib. O bildirib ki, yaxın günlərdə Azərbaycana qayıdacaq Krneta komandası ilə yeni 1 illik müqaviləyə qol çəkəcək. Hazırda vətənində olan 24 yaşlı oyunçu sənədi ilə bağlı problemlə üzləşdiyindən, hələ Bakıya gələ bilmir.

 

O ki qaldı Viktor İbekoyiyə, bakılılardan yeni müqavilə təklifi alan nigeriyalının cavabı onun komandada qalıb-qalmayacağına aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Krneta “Zirə” rəhbərliyinin yeni müqavilə bağladığı 7-ci oyunçu olub. Ona qədər Nurlan Novruzov, Vüqar Mustafayev, Kamal Bayramov, Aleksandr Şemonayev, Elvin Məmmədov və Anar Nəzirovla yeni anlaşma əldə edilmişdi.

0