[b]“Zirə”də daha 2 ayrılıq[/b]
30.05.2018 - 17:32
“Zirə” heyətində “təmizləmə işləri” aparmaqda davam edir. Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, paytaxt təmsilçisi daha 2 oyunçu ilə sağollaşıb.
Söhbət yerli futbolçular Orxan Əliyev və Aleksandr Şemonayevdən gedir. Klubla müqavilə müddəti başa çatan adıçəkilən oyunçularla yeni sazişə ehtiyac duyulmayıb.
Bununla bakılıların yola saldıqları futbolçu sayı 8-ə çatıb. Orxan və Aleksandra qədər Yani Urdinov, Comal Evans Uilyams, Elşən Abdullayev, Yovan Krneta, Milan Duriç və Viktor İqbekoyi “Zirə”ni tərk etmişdilər.
0
0