[b]“Zirə”də yeni təyinat [/b]
06.08.2015 - 19:42
“Zirə” Premyer Liqaya hazırlığı davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komandaya yeni məşqçi cəlb olunub.
Baş məşqçi Adil Şükürovun köməkçilərindən biri də Elnur Codarov olacaq. Codarovla bir illik müqavilə bağlanıb.
Xatırladaq ki, buna qədər Şükürovun iki köməkçisi var idi: Məşqçi Ayxan Abbasov və qapıçılarla işləyən məşqçi Anar Niftəliyev.
0
0