[b]“Zirə”nin iki rəqibi bəlli oldu[/b]
11.06.2017 - 01:00
Mayın 24-dən Bakıda təlim-məşq toplanışına start verən “Zirə”, iyunun 9-da hazırlığın ilk mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, “qartallar” bu gündən etibarən hazırlığın ikinci mərhələsinə başlayıb.
Komanda Türkiyənin Bolu şəhərinə yola düşüb və səfərin ilk günündə məşqə çıxıb.
Hazırlığın bu mərhələsində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. “Zirə” iyunun 13-də Kamerunun “Kolombe Sportive”, 20-də isə Rumıniyanın “Vitorul” klubu ilə üz-üzə gələcək. Daha bir yoxlama oyunu isə iyunun 17-də və ya 16-da keçirilməlidi.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb
0
0