[b]“Zirə”nin kapitanı nə vaxt qayıdacaq?[/b]
31.10.2017 - 15:55
[b]“Zirə”nin kapitanı nə vaxt qayıdacaq?[/b]

“Zirə”nin kapitanı Anar Nəzirov hələ bir müddət komandasına kömək edə bilməyəcək. Bu barədə apasport.az saytına qolkiper özü məlumat verib.

 

Millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniya (1:5) ilə keçirdiyi səfər matçından bəri zədədən əziyyət çəkən 32 yaşlı oyunçunun əməliyyat olunmaq ehtimalı var idi. Lakin dünən yığmanın həkimi tərəfindən müayinə olunan Nəzirovun durumunun hələlik o qədər də ağır olmadığı aşkarlanıb.

 

Qolkiper daha bir həftə fizioterapevt nəzarəti altında olacağını bildirib: “Ondan sonra məşqlərə başlayacam. Əgər məşqə başladıqdan sonra əzələmdə ağrı yaranmasa, artıq komandaya qoşula biləcəm. Əks təqdirdə, yenidən həkim müayinəsinə ehtiyac duyulacaq”.

 

Bu isə o deməkdi ki, Premyer Liqanın XI turunda “Neftçi” ilə matçı buraxacağı dəqiq olan yığmamızın üzvünün nə zaman sıraya dönəcəyi hələlik qeyri-müəyyəndi.

 

Qeyd edək ki, Anar Nəzirov “Zirə”nin heyətində sonuncu dəfə oktyabrın 1-də “Qarabağ”la (0:0) matçda iştirak edib. O, “Kəpəz” (3:0), “Sumqayıt” (1:2) və “Qəbələ” (2:1) ilə qarşılaşmaları buraxıb.