[b]“Zirə”nin müdafiəçisi Polşa klubuna keçir[/b]
28.12.2017 - 11:30
[b]“Zirə”nin müdafiəçisi Polşa klubuna keçir[/b]

“Zirə”nin müdafiəçisi Qabriel Matey karyerasını Polşada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Polşa mətbuatı yayıb.

 

Bildirilir ki, rumıniyalı cinah oyunçusu yüksək liqa komandası “Bruk-Bet Termalitsa”nın maraq dairəsinə düşüb. Mövsümə uğursuz başlanğıc edən klub qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Xəbərdə hətta sabiq “Styaua”lının transfer qiymətinin 450 min avro olduğu da vurğulanıb. Bu keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, mövsümün əvvəlində “Qurnik”dən alınan Qabriel Matey “Zirə” ilə 1+1 illik müqavilə bağlamışdı.