Sabah Topaz Premyer Liqasında XXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.
Maraqlıdı ki, ötən həftə keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsindəki cütlüklərdən 3-ü sabah da üz-üzə gələcək.
Kubokda “Zirə”yə heç bir şans verməyən “Qəbələ” rəqibini yenə öz meydanında qəbul edəcək. Martın 9-da 1:5 hesablı məğlubiyyətə üzülən debütant bunun əvəzini çempionatda çıxmağa çalışacaq. Lakin “Qəbələ” də bakılıları növbəti dəfə məğlub edərək, çempionatda “Zirə” üzərində ilk qalibiyyətini qazanmaq niyyətindədi.
Kubokda “Rəvan”ı çətinliklə də olsa, mübarizədən kənarlaşdıran “İnter” eyni uğuru Premyer Liqa matçında da təkrarlamalıdı. Turnir cədvəlində 4-cü pilləyə qədər enən “bankirlər” sabahkı oyunun aşkar favoritidi. Bu komandalar arasında indiyə qədər baş tutan 10 görüşün hamısında “bankirlər”in qalib gəlməsi tərəflər arasındakı fərqi ortaya qoyur. Maraqlı məqam ondan ibarətdi ki, “İnter” “Rəvan”la matçların heç birində 2-dən az qol vurmayıb.
Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən “Kəpəz” autsayderlər zonasından qurtulmağa çalışan “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Çempionatda 5-ci yerdə qərarlaşan Gəncə təmsilçisi həm uğursuz gedişata son qoymağa, həm də ilk “üçlük”dən uzaqlaşmamağa çalışacaq. Lənkəranlılar isə 3 ildən sonra Gəncədən 3 xalla dönmək arzusundadılar.
Turnir cədvəlində qonşu olan AZAL-la “Neftçi” birincilərin meydanında üz-üzə gələcək. Ardıcıl uğursuzluqların nəticəsi kimi, turnir cədvəlində AZAL-ı önə buraxan “Neftçi” indi mövqeyini geri almağa çalışacaq. Lakin “təyyarəçilər”in son 3 matçda bu rəqibinə uduzmadıqlarını da nəzərə almaq lazımdı. Vəli Qasımovun baş məşqçi postuna gəlişindən sonra ölkə kubokunda mərhələ adlayan “ağ-qaralar”ın diqqəti isə bu uğuru çempionatda da davam etdirməkdi.
Kubokun hər iki oyununda “Sumqayıt”ı məğlubiyyətə uğradan “Qarabağ” sabahkı oyunun da favoritidi. Ağdamlılar özləri üçün uğursuz rəqib sayılan gənclik şəhəri təmsilçisinə qalib gəlib, liderliyi möhkəmləndirmək əzmindədilər.
Topaz Premyer Liqası
XXV tur
13 mart
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
15:00. “İnter” – “Rəvan”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Gülağa Cabarov
“İnter Arena”
15:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu
15:00. AZAL – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Asim Xudiyev
”AZAL Arena”
17:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Turnir cədvəli
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
24 |
15 |
6 |
3 |
38-15 |
51 |
|
2 |
Zirə |
24 |
12 |
8 |
4 |
27-17 |
44 |
|
3 |
Qəbələ |
24 |
11 |
8 |
5 |
29-17 |
41 |
|
4 |
İnter |
24 |
10 |
8 |
6 |
22-16 |
38 |
|
5 |
Kəpəz |
24 |
9 |
9 |
6 |
28-21 |
36 |
|
6 |
AZAL |
24 |
9 |
5 |
10 |
14-21 |
32 |
|
7 |
Neftçi |
24 |
8 |
7 |
9 |
23-26 |
31 |
|
8 |
Sumqayıt |
24 |
4 |
10 |
10 |
25-33 |
22 |
|
9 |
Xəzər L. |
24 |
3 |
5 |
16 |
10-31 |
14 |
|
10 |
Rəvan |
24 |
2 |
8 |
14 |
15-34 |
8 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardirlər: Riçard Almeyda (“Qarabağ”), Nelson Bonilla (“Zirə”) – 8 qol.