[b]"Zirə" Polşa və Rusiya klubları ilə qarşılaşacaq [/b]
21.12.2017 - 16:40
[b]"Zirə" Polşa və Rusiya klubları ilə qarşılaşacaq [/b]

“Zirə”nin Antalyadakı qış təlim-məşq toplanışında yoxlama matçında qarşılaşacağı rəqiblərdən ikisinin kimliyinə aydınlıq gəlib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Polşa və Rusiya komandaları ilə üz-üzə gələcək.

 

Ayxan Abbasovun yetirmələri yanvarın 27-də “Krakoviya” ilə oyunda güclərini sınayacaqlar. Ayın 30-da isə Rusiyanın I divizion təmsilçisi “Avanqard”la görüş baş tutacaq.

 

Daha bir yoxlama matçı isə fevralın 2-də keçiriləcək. Bu oyun haqqında məlumat qarşıdakı günlərdə veriləcək.